NATO Rusiyanın mümkün diversiya və hibrid əməliyyatlarına cavab olaraq kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirir.
Modern.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç Reuters-ə açıqlamasında bildirib.
Qrinkeviç Rusiyanın NATO ərazisinə məhdud hücum ehtimalını “az ehtimallı” adlandırıb, lakin bunun tamamilə istisna edilmədiyini deyib. O, alyansın mümkün hücuma cavab vermək imkanlarına əmin olduğunu vurğulayıb.
ABŞ-nin İranla müharibədən sonra raket ehtiyatlarının azalmasından Rusiyanın istifadə edib-etməyəcəyi barədə suala general belə cavab verib:
“Qətiyyən yox. Mən burada olduğum müddətdə onun bunu sınamaması daha yaxşı olar”.
Qrinkeviç həmçinin ABŞ-nin NATO-ya kritik hərbi imkanlar təqdim etməyə davam edəcəyini bildirib. Bununla yanaşı, gələcəkdə Amerikanın Avropadakı hərbi mövcudluğunun miqyasının hələ müəyyənləşdirilmədiyini qeyd edib.