Modern.az

Rubio İran nümayəndə heyətini ABŞ-dən qovub

Rubio İran nümayəndə heyətini ABŞ-dən qovub

Dünya

Bu gün, 09:01

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 28-də BMT Baş Assambleyasında iştirak edən İran nümayəndə heyətinin ölkəni dərhal tərk etməsini tələb edib.

Modern.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqların dalana dirənməsindən sonra Rubio ABŞ-nin BMT-dəki nümayəndəliyinə İran tərəfinə nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğu barədə məlumat verməyi tapşırıb.

“Bazar ertəsi səhər Ağ Evdə hesab edirdilər ki, günün sonunda İranla danışıqlarda irəliləyiş əldə oluna bilər. Lakin günün sonuna doğru danışıqların dalana dirəndiyi aydın oldu”, - deyə “Axios” yazıb.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçi rəhbərlik edib. Məlumata görə, nümayəndə heyətinin üzvləri bir neçə saat sonra hava limanına yollanıb və sentyabrın 29-na keçən gecə Dohaya uçublar.

Bununla belə, İranın BMT-dəki nümayəndəliyi nümayəndə heyətinin ölkədən qovulduğu barədə məlumatı təkzib edib. İran tərəfi bildirib ki, Nyu-Yorkdan yola düşmək əvvəlcədən planlaşdırılıb və bu barədə ABŞ Dövlət Departamentinə sentyabrın 17-də məlumat verilib.

ABŞ tərəfinin məlumatına görə isə Rubio nümayəndə heyətinin BMT Baş Assambleyasının əsas tədbirləri başa çatdıqdan sonra Nyu-Yorkda qalmasını artıq lazım bilməyib. Danışıqlarda əsas məsələlər arasında İranın nüvə proqramı, Hörmüz boğazı və regiondakı münaqişələr yer alıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...