Modern.az

Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır - Moskvadan cavab

Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır - Moskvadan cavab

Dünya

Bu gün, 14:35

Macarıstanın müvəqqəti işlər vəkili Qabor Gerqic bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Macarıstanın rusiyalı diplomatları ölkədən çıxarması ilə bağlı etiraz bildirilib.

Modern.az xəbər verir ki, Rusiya tərəfi cavab olaraq Macarıstanın Moskvadakı səfirliyinin, eləcə də Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşını ölkədən çıxaracaq.

Rusiya XİN-in yaydığı məlumata görə, Macarıstan diplomatları iki həftə ərzində Rusiyanı tərk etməlidirlər. Ölkədən konkret olaraq neçə diplomatın çıxarılacağı açıqlanmayıb.

Rusiya Xarici İşlər Nazirliyi Macarıstan hakimiyyətinin addımlarını “əsassız və açıq şəkildə qeyri-dost” kimi qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 8-də Macarıstanın xarici işlər naziri Anita Orban 10 rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlamışdı. Onlar “Vyana Konvensiyası baxımından qəbuledilməz fəaliyyət” göstərdikləri əsas gətirilərək arzuolunmaz şəxslər elan edilmişdilər.

Macarıstan tərəfi bu tədbirin ölkənin təhlükəsizliyi və suverenliyinin təmin edilməsi məqsədilə həyata keçirildiyini bildirmişdi.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi sərt cavab veriləcəyini açıqlamışdı. Kremlin sözçüləri isə rusiyalı diplomatların Macarıstandan çıxarılmasının Moskva ilə Budapeşt arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini bildirmişdilər.

Sizə yeni x var
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım