Ukrayna Qara dənizdə Rusiyaya qarşı endirdiyi zərbələrə görə “öz bədəlini ödəməlidir”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Kremlin sözçüsü bildirib ki, Rusiya Qara dənizdə Kiyevin həyata keçirdiyi zərbələrə cavab verir.
“Ukrayna buna görə öz bədəlini ödəməlidir. O, artıq ödəyir və bundan sonra da ödəməyə davam edəcək”, – Peskov vurğulayıb.