Modern.az

Türkiyədə 3 erməni deputat seçilib

Türkiyədə 3 erməni deputat seçilib

Dünya

2 Noyabr 2015, 11:36


Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilən təkrar seçkilərin nəticəsinə görə 3 erməni deputat parlamentə daxil olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstabulun 2-ci seçki dairəsində Cumhuriyyət Xalq Partiyasının üzvü Selin Doğan, eyni dairədə Ədalət və İnkişaf Partiyasının üzvü Markar Yesayan və İstanbul 3-cü seçki dairəsində Xalqların Demokratik Partiyasının üzvü Karo Paylan deputat olub.

Ötən gün keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası səslərin 49,4 faizini toplayaraq deputat yerlərinin əksəriyyətinə yiyələnib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi