Modern.az

5 yaşlı uşaq qəzada ağır yaralandı 

5 yaşlı uşaq qəzada ağır yaralandı 

Hadisə

18 Sentyabr 2022, 10:18

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, rayonun mərkəzi hissəsində iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü Sərdarov Amil Eldəniz oğlu xəsarət alıb.

 

Yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...