Modern.az

Tibb bacısı dəm qazından boğularaq ÖLDÜ

Tibb bacısı dəm qazından boğularaq ÖLDÜ

Hadisə

4 Yanvar 2023, 14:01

Zaqatalada tibb bacısı dəm qazından boğularaq ölüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Cavadxan küçəsində baş verib. 1981-ci il təvəllüdlü Əminə Fidail qızı Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırmış.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə