Modern.az

Bakıda mənzildən 4 nəfərin meyiti TAPILDI

Bakıda mənzildən 4 nəfərin meyiti TAPILDI

Hadisə

5 Yanvar 2023, 11:52

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

 

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

 

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri