Modern.az

Göyçayda yük maşını piyadanı vurdu - Hadisə yerində keçindi

Göyçayda yük maşını piyadanı vurdu - Hadisə yerində keçindi

Hadisə

15 Yanvar 2023, 11:59

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə