Modern.az

Kamçatkada güclü ZƏLZƏLƏ

Kamçatkada güclü ZƏLZƏLƏ

Hadisə

22 Aprel 2023, 08:47

Kamçatkanın Avaça körfəzində 5,0 bal gücündə zəlzələ baş verib, Petropavlovsk-Kamçatskidə 2-3 bal gücündə təkanlar hiss edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Kamçatka diyarı üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 74 kilometr cənubda, Avaça körfəzi sularında yerləşib.

 

İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...