Modern.az

Cəlilabadda evdə yanğın - 2 nəfər xəsarət aldı

Cəlilabadda evdə yanğın - 2 nəfər xəsarət aldı

Hadisə

19 Noyabr 2023, 15:15

Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğını söndürən zaman iki nəfər xəsarət alaraq, rayon xəstəxanasına aparılıb.

 

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!