Modern.az

"Mercedes" piyadanı vurub öldürdü

Hadisə

29 Dekabr 2023, 23:50

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, gecə saatlarında "Mercedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

 

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!