Modern.az

Azyaşlının cəsədi kanaldan TAPILDI

Azyaşlının cəsədi kanaldan TAPILDI

Hadisə

20 Avqust 2024, 16:55

Beyləqanın Yeni Mil kəndində ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, 2015-ci ildə anadan olan kənd sakini İbrahimov Əhməd Cavid oğlunun cansız bədəni Yeni Xanqızı kanalında aşkarlanıb.

 

Məlumata görə, hadisə axşam saat 20-21 radələrində baş verib.

 

Axşam tərəfi uşağın qayıtmadığını görən ailə polisə məlumat verib. Gecə boyunca axtarışlar davam edib. Azyaşlının cəsədi bu gün günorta saatlarında tapılıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?