Modern.az

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Hadisə

11 Sentyabr 2024, 18:00

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib.

 

Modern.az xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

 

Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?