Modern.az

Goranboyda elektrik dirəyi 35 yaşlı qadını öldürdü - VİDEO

Goranboyda elektrik dirəyi 35 yaşlı qadını öldürdü - VİDEO

Hadisə

26 Oktyabr 2026, 23:21

Goranboyda qadın bədbəxt hadisənin qurbanı olub.

Modern.az-ın xəbərinə görə, hadisə Qarapirimli kəndində baş verib. Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşaraq, onun ölümünə səbəb olub.

“Xəttin biri qırılmışdı. Montyor gətirdim, çıxıb xətti bağlayanda dirək yoldaşımın üsütnə düşdü. Maşınımla xəstəxanaya apardım dedilər artıq gecdir, rəhmətə gedib. 7-ci sinifdə oxuyan 1 övladımız var”, – deyə mərhumun həyat yoldaşı bildirib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?