Modern.az

Bakıda institutun qapısını təpikləyən şəxs həbs olundu

Bakıda institutun qapısını təpikləyən şəxs həbs olundu

Hadisə

Bu gün, 21:38

Bakıda küçədə ictimai asayişi pozan şəxs həbs olunub.

Modern.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

31 yaşlı İlkin Nəsibov (şərti adla) qəsəbə ərazisində yerləşən Elmi Tədqiqat İnstitutunun qarşısında sərxoş halda nalayiq ifadələr işlədib. Həmçinin İnsitututun qapılarını təpikləyib. Polis əməkdaşları ona yaxınlaşaraq, hərəkətlərini dayandırmasını tələb etsə də, o, buna məhəl qoymayıb. Nəticədə İlkin saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

İ. Nəsibov əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

 

İlyas Turan

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?