Modern.az

İlk dərs günündə itkin düşən məktəbli TAPILDI

İlk dərs günündə itkin düşən məktəbli TAPILDI

Hadisə

17 Sentyabr 2024, 14:01

İsmayıllıda ilk dərs günü itkin düşən yeniyetmə tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

16 yaşlı İbrahim Babazadə İsmayıllı rayonunda tapılaraq ailəsinə təhvil verilib.

 

***

10:09

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb.

 

Modern.az-ın məlumatına görə, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb.

 

Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb:

 

"İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb". 

 

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?