Modern.az

Quldurluq edən yeniyetmə tutuldu

Quldurluq edən yeniyetmə tutuldu

Hadisə

9 Oktyabr 2024, 10:46

Oktyabrın 7-də Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?