Modern.az

Müəllim hamamda yıxılaraq öldü

Müəllim hamamda yıxılaraq öldü

Hadisə

15 Oktyabr 2024, 10:30

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Nihad Təhmasib orada vəfat edib.

Qeyd edək ki, Nihad Təhmasib ərəb dili müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə