Modern.az

Sumqayıtda ustanı "tok" vurub öldürdü

Sumqayıtda ustanı "tok" vurub öldürdü

Hadisə

28 Oktyabr 2024, 15:18

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb.

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub.

Qoşqar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?