Modern.az

Ağdaşda ev yanaraq külə döndü, sahibi yaralandı

Ağdaşda ev yanaraq külə döndü, sahibi yaralandı

Hadisə

7 Noyabr 2024, 00:55

Ağdaşda dördotaqlı ev yanıb.

 

​​​​​​Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı ev sahibi xəsarət alıb.

 

Yanğın rayonun Abad kənd sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus dördotaqlı evdə baş verib.

 

Hadisə yerinə Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın zamanı ümumi sahəsi 120 k/m olan 4 otaqlı kürsülü yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb, ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı