Modern.az

Maşın arabaya çırpıldı: azyaşlı öldü

Maşın arabaya çırpıldı: azyaşlı öldü

Hadisə

14 Noyabr 2024, 22:57

Ağstafada minik maşını arabaya çırpılıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub.

 

Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?