Bakıda dəm qazından zəhərlənmə nəticəsində ata və oğul ölüb.
Modern.az xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən mənzildə qeydə alınıb. İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyitləri hamam otağında aşkar edilib. Onların dəm qazından boğularaq öldükləri bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K. Abıyev Nəsimi rayonunda yerləşən 247 saylı tam orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü ilə bağlı məktəbin sosial media hesabında da məlumat paylaşılıb.