Modern.az

Göldə batanlar azyaşlı uşaqlar imiş

Göldə batanlar azyaşlı uşaqlar imiş

Hadisə

Bu gün, 17:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

16:30

Göygöl rayonunda 2 nəfər göldə batıb.

Modern.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!