Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (İPG) məlumatına görə, iyulun 21-nə keçən gecə Günəşdə daha bir güclü alışma qeydə alınıb.
Modern.az xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, ötən gecə Günəş ləkələrinin 4493-cü qrupunda M3.4 sinifli alışma baş verib. Alışma 16 dəqiqə davam edib.
Bundan əvvəl, iyulun 20-də də Günəşdə M2.5 və M1.1 sinifli daha iki güclü alışma qeydə alınmışdı.
Mütəxəssislər bildiriblər ki, iyulun 22-də Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğalarının baş verməsi gözlənilir.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Güc hər növbəti sinifdə 10 dəfə artır. Güclü alışmalar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər və bu plazma Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.