Modern.az

Xocavənddə mina partladı - Xəsarət alan var 

Xocavənddə mina partladı - Xəsarət alan var 

Hadisə

2 Avqust 2026, 14:57

Xocavənd rayonunda  xəsarətlə nəticələnən mina hadisəsi baş verib.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada