Modern.az

Ana və oğlunun həlak olduğu qəzada ata da öldü

Ana və oğlunun həlak olduğu qəzada ata da öldü

Hadisə

Bu gün, 12:06

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.

Modern.az məlumat verir ki, hadisə nəticəsində "Toyota" markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Xatırladaq ki, ötən gün Balakən rayonunun Katex kəndi ərazisində "Hyundai", KIA və "Toyota" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, ölənlərdən Y.Mütəllibov ailə baçısı, P.Məmmədova onun həyat yoldaşı, R.Mütəlibov isə onların övladlarıdır.(Oxu.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?