Modern.az

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə

19 Avqust 2026, 18:31

Tovuzda yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər