Modern.az

Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB

Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB

Hadisə

Bu gün, 15:20

Lənkəranda döyülərək ağır xəsarət alan 2010-cu il təvəllüdlü E. İbadovun vəziyyəti ağır qiymətləndirilir.


TƏBİB Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2010-cu il təvəllüdlü şəxs sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Pasiyentə dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi və komatoz vəziyyət diaqnozları təyin edilib. TƏBİB-in məlumatına görə, yaralıya zəruri tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.


“Pasiyent süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?