Kürdəmirdə 91 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərin xəstəxanaya yerləşdirilməsi, 30 sentyabr 2026-cı il tarixində saat 20:50 radələrindən başlanıb.
Qeyd edək ki, toy məclisi "Günəş" şadlıq sarayında olub.
Kürdəmir sakinlərinin Modern.az-a verdikləri məlumata görə, "Günəş" şadlıq sarayı məsuliiyəti öz üstünə götürməyib.
Şadlıq sarayından qida məhsulların toyu təşkil edən şəxslər tərəfindən evdən gətirildiyi qeyd edilib.
Lamiyə Cənnətzadə