Rusiyada azərbaycanlı kişi bıçaqlanıb.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Moskvanın Nikolskaya küçəsində yerləşən restoranlardan birində baş verib.
Məlumata görə, restoranda müştəri qismində olan azərbaycanlı qardaşların yüksək səslə danışması yan masada əyləşən 4 nəfərin narazılığına səbəb olub.
Həmin şəxslər məsələni aydınlaşdırmaq üçün azərbaycanlı qardaşları restoranın qarşısında gözləyiblər.
Tərəflər küçədə qarşılaşdıqdan sonra aralarında mübahisə yaranıb və hadisə davaya çevrilib.
Dava zamanı qardaşlardan biri – 35 yaşlı Azərbaycan vətəndaşı bədəninin üç nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis araşdırma aparır.
İlyas Turan