Modern.az

Bakıda ev uçdu, ölən var

Bakıda ev uçdu, ölən var

Hadisə

Bu gün, 11:50

Bakıda tikilməkdə olan evdə uçqun olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, hadisə Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində qeydə alınıb.

“112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan 60 yaşlı Xəlil Şərif oğlu Mehdiyevi sağ, 57 yaşlı Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər