Modern.az

Bu gün Avropa Liqasının 1/4 finalın ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasının 1/4 finalın ilk oyunları keçiriləcək

İdman

13 Aprel 2023, 08:42

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

 

Günün ilk matçı Niderlandda "Feyennord" və İtaliya "Roma"sı arasında olacaq.

 

Eyni saatda başlayacaq oyunlarda İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə, Portuqaliya "Sportinq"i İtaliyada "Yuventus"la, Belçika "Union"u isə Almaniyada "Bayer"lə üz-üzə gələcək.

 

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel

 

20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

 

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

 

23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

 

23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika)

 

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...