Modern.az

Arda Turan baş məşqçi təyin olundu

Arda Turan baş məşqçi təyin olundu

İdman

14 Aprel 2023, 13:37

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçi təyin olunub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

 

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının şərəfini qoruyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...