Modern.az

Yaponiya ikinci paytaxtını seçəcək

Yaponiya ikinci paytaxtını seçəcək

Dünya

Bu gün, 11:56

Yaponiyada Tokionun əsas funksiyalarını zərurət yarandıqda yerinə yetirəcək “ikinci paytaxt”ın müəyyənləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

Modern.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, yeni qanun müəyyən meyarlara cavab verən prefekturalara bu status üçün müraciət etmək imkanı yaradır.

Mümkün namizədlər arasında Hokkaydo, Ayti, Osaka və Fukuoka var. Qanun alternativ paytaxtların sayını birlə məhdudlaşdırmır. Buna görə də bir neçə bölgəyə bu status verilə bilər.

Məqsəd irimiqyaslı təbii fəlakət zamanı dövlət və ictimai institutların fəaliyyətinin fasiləsizliyini təmin etmək, iqtisadi fəaliyyətin Tokioda həddindən artıq cəmləşməsini azaltmaqdır.

Alternativ paytaxt statusu alan bölgələrdə özəl investisiyaları cəlb etmək üçün vergi güzəştləri və tənzimləmə sahəsində sadələşdirmələr nəzərdə tutulur.

Hökumətin noyabrda seçim prosesinin əsas prinsiplərini və təqvimini açıqlayacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?