Modern.az

Messi ilin ən yaxşı idmançısı seçildi

Messi ilin ən yaxşı idmançısı seçildi

İdman

9 May 2023, 08:20

Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi “Laureus World Sports Academy” tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb.

 

Modern.az xəbər verir ki, ötən gün mükafatlandırma mərasimi keçirilib.

 

Qeyd edək ki, Messi 2022-ci ildə karyerası dövründə ilk dəfə dünya çempionu olub və Qətərdə keçirilən turnirin ən yaxşı oyunçusu seçilib. O, mükafat uğrunda mübarizədə komanda yoldaşı fransalı Kilian Mbappeni, ikiqat “Formula-1” çempionu niderlandlı Maks Verstappeni, ispan tennisçi Rafael Nadalı və amerikalı basketbolçu Stiven Karrini qabaqlayıb.

 

İlin ən yaxşı komandası isə futbol üzrə dünya çempionu adını qazanan Argentina seçməsi olub.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?