Modern.az

Cüdoçumuz dünya çempionatının YARIMFİNALINDA

Cüdoçumuz dünya çempionatının YARIMFİNALINDA

İdman

9 May 2023, 16:46

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb.

 

26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.

 

Onun yarımfinaldakı rəqibi italiyalı Manuel Lombardo olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV