Modern.az

"Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq

İdman

24 İyul 2023, 09:00

Bu gün "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.

 

Modern.az-ın məlumatına görə, "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq.

 

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Daha sonra Azərbaycan çempionunun UEFA Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi "Rakuv" səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.

 

Bu püşkatma isə bir saat sonra start götürəcək. "Qarabağ" burada ÇL-in ikinci ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə üz-üzə gələcək.

 

Çempionlar yolu

Səpələnmişlər

 

Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)

"Breydablik" (İslandiya) - «Kopenhagen» (Danimarka)

"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)

"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)

"Molde" (Norveç) - HİK (Finlandiya)

 

Səpələnməmişlər

 

"Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)

"Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail)

"Aris" (Kipr) - BATE (Belarus)

"Sparta" (Praqa, Çexiya)

AEK (Yunanıstan)

«Kİ Klaksvik» (Farer adaları) - «Heken» (İsveç)

 

Liqa yolu

Səpələnmişlər

 

"Reyncers" (Şotlandiya)

"Braqa" (Portuqaliya)

PSV (Niderland)

"Marsel" (Fransa)

 

Səpələnməmişlər

 

“Servett” (İsveçrə) - “Genk” (Belçika)

“Ştrum” (Avstriya)

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

TSÇ (Serbiya)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV