Modern.az

“Neftçi”nin prezidenti istefaya göndərildi

“Neftçi”nin prezidenti istefaya göndərildi

İdman

24 İyul 2023, 12:44

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə klub rəsmi feysbuk səhifəsi məlumat yayıb.

 

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!