Modern.az

Premyer Liqada bəzi oyunların vaxtı dəyişdirildi

Premyer Liqada bəzi oyunların vaxtı dəyişdirildi

İdman

23 Noyabr 2023, 14:00

Azərbaycan Premyer Liqasının XIV və XVI turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iki qarşılaşmanın başlama saatı dəyişdirilib.

 

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı klubun müraciəti əsasında “Kəpəz”lə XIV turun görüşü saat 18:30-da deyil, 14:00-da başlayacaq.

 

XVI turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı isə təşkilati məsələlərə görə saat 18:00-dan 17:00-a keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV