Modern.az

Əliyar Ağayev “Mançester Siti"nin oyununu idarə edəcək

Əliyar Ağayev “Mançester Siti

İdman

11 Dekabr 2023, 10:52

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

 

Modern.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

 

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun baş hakimi olacaq. Ağayev dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununu idarə edəcək. Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV