Modern.az

Tennisçilərimiz Çinə yollandılar

Tennisçilərimiz Çinə yollandılar

İdman

4 Yanvar 2024, 16:30

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.

 

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq.

 

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan hazırlıq prosesinə yanvarın 24-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...