Modern.az

Qvardiol əməliyyat olunacaq

Qvardiol əməliyyat olunacaq

İdman

6 Yanvar 2026, 09:04

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində əvəzlənib.

Modern.az xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti Qvardiolun sağ ayağının böyük baldır sümüyündə sınıq aşkarlan­dığını açıqlayıb. Müdafiəçi bu həftə əməliyyat olunacaq.

Yoşkonun bərpa müddəti dəqiqləşdirilməyib. Adətən bu cür zədələrdə sağalma prosesi zədənin ağırlıq dərəcəsindən asılı olaraq 3–6 ay çəkir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi