Modern.az

Final oyununun biletləri satışa çıxarıldı

Final oyununun biletləri satışa çıxarıldı

İdman

5 May 2026, 09:52

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyununun biletləri satışa çıxarılıb.

Peşəkar Futbol Liqasından Modern.az-a verilən məlumata görə, biletləri bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manat arasında dəyişir.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi