Modern.az

Azərbaycan Kubokunda final: "Sabah" "Zirə"yə qarşı

Azərbaycan Kubokunda final: "Sabah" "Zirə"yə qarşı

İdman

13 May 2026, 09:56

Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu ilə 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.

Modern.az xəbər verir ki, həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşacaq.

“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...