Modern.az

"Sabah" kapitanla yollarını ayırdı

"Sabah" kapitanla yollarını ayırdı

İdman

4 İyun 2026, 14:24

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.

Bu barədə Modern.az-a Bakı klubunun mətbuat xidmətindən bildirlib.

27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ