Modern.az

Xavi Niderland millisinin baş məşqçisi oldu

Xavi Niderland millisinin baş məşqçisi oldu

İdman

Bu gün, 09:43

“Barselona”nın sabiq baş məşqçisi Xavi Niderland millisinin baş məşqçisi təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

46 yaşlı ispaniyalı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Xavi Niderland millisində baş məşqçi postunda Ronald Kumanı əvəz edib. Kuman 2026-cı il dünya çempionatından sonra millidən ayrılıb.

Xavi 2021-2024-cü illərdə “Barselona”ya rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə Kataloniya klubu İspaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyayla sərhəddə ŞOK HAZIRLIQ - Xəndəklər qazılır, hər an...