Modern.az

Brent markalı neftin qiyməti  45 dolları ötüb

Brent markalı neftin qiyməti  45 dolları ötüb

İqtisadiyyat

8 Avqust 2016, 18:32

“Brent” markalı neftin bir barrelinin qiyməti 45 dolları ötüb.

 

Modern.az xəbər verir ki,  “Brent” neftinin bir barrelinin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib. Hazırda “Brent” neftinin bir barreli Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında 45,20 dollara satılır.

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Layt” markalı neftin bir barreli 42,93 dollardan alıcı axtarır.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı