Modern.az

Rusiya şirkəti Azərbaycana 3-5 milyard kubmetr qaz nəql edə bilər

Rusiya şirkəti Azərbaycana 3-5 milyard kubmetr qaz nəql edə bilər

İqtisadiyyat

3 Sentyabr 2016, 10:42

Rusiya Azərbaycana ildə 3-5 mlrd. kubmetr qaz nəql edə bilər.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu “Qazprom” -un baş direktoru Aleksandr Astanin deyib.

 

Direktorun sözlərinə görə artıq "Qazprom TransQaz Mahaçqala" MMC hazırda Azərbaycana illik 3-5 mlrd. kubmetr qazın nəqli ilə bağlı danışıqlar aparır.

 

A.Astanin söyləyib ki, yaxın aylarda məsələ ilə bağlı müqavilələrin imzalanması nəzərdə tutulub.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!