Modern.az

Şakira İranı bir-birinə qatdı: Televiziya müğənninin yarıçılpaq kadrlarını efirə verib - FOTO

Şakira İranı bir-birinə qatdı: Televiziya müğənninin yarıçılpaq kadrlarını efirə verib - FOTO

İqtisadiyyat

5 İyul 2013, 13:33



Yay geyimində olan məşhur müğənni Şakiranın İran dövlət televiziyasındakı bir neçə saniyəlik görüntüsü ölkədə səs-küyə səbəb olub. Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bir çox dünya ölkələri kimi İranda da futbol üzrə Konfederasiya kuboku İran dövlət  televiziyası İRİB-də yayımlanıb. Məşhur müğənni futbolçu həyat yoldaşı Cerard Pikenin oynadığı İtaliya-İspaniya oyunu izləmək üçün stadiona gəlib. Şakiranın bir neçə saniyəlik “İslama zidd” görüntüsünün kanalda göstərilməsindən sonra bir sıra millət vəkilləri və televiziya rəhbərləri bu kanala e-mail, faks göndərərək və zənglər edərək öz narazılıqlarını bildiriblər.

İranda televiziyada qadınların qolları açıq görüntülərini yayımlamaq qadağandır. İranlılar futbol yarışı gedən gün bir-birilərinə Twitter-də “3-cü kanalı (İRİB) açın, Şakiranı göstərirlər” yazıblar.
İranlı qadınların milli futbol oyunları vaxtı stadiona getmələri qadağandır. Eyni zamanda xarici kanallardan yayımlanan beynəlxalq oyunların da senzura edildiyi məlumdur.

Peykər İbrahimova  
Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!